02 / 15

Hərrac nədir, harada keçirilir

ABŞ-da avtomobil hərracları necə işləyir, lotlar haradan gəlir və qiymət necə formalaşır.

Hərrac necə işləyir

ABŞ-da sığorta şirkətləri, dilerlər, lizinq və icarə şirkətləri avtomobilləri açıq onlayn hərracda satır. Hər avtomobil lot kimi çıxarılır: şəkilləri, VIN kodu, yürüşü və zədə təsviri əvvəlcədən görünür. Qiymət canlı hərracda, alıcıların təklifləri ilə formalaşır.

  • Satıcılar

    Sığorta şirkətləri, dilerlər, lizinq və icarə şirkətləri, banklar.

  • Lot

    Hər avtomobilin nömrəsi, şəkilləri, VIN kodu, zədə təsviri və sənəd statusu var.

  • Qiymət

    İlkin təklifdən başlayır, canlı hərracda son bid ilə müəyyən olunur.

Harada keçirilir

Hərraclar onlayn keçirilir, avtomobillər isə ABŞ-ın müxtəlif ştatlarındakı meydançalarda durur. Meydançanın yeri daşınma qiymətinə və müddətinə təsir edir. CarBuy Logistics kabinetindən Copart Azerbaijan hərraclarına 1 kliklə keçirsiniz.

Ştatlardan qiymətlər →

Lotun statusları

Canlı hərracLot hazırda satışdadır, bid vurmaq olar.
Gələcək hərracLot yaxın günlərdə satışa çıxacaq, izləmək olar.
SatıldıHərrac bitib, lotun yeni sahibi var.
Təmiz sənəd (Clean)Avtomobil ciddi zədə almayıb, adi qeydiyyatla satılır.
Bərpa sənədi (Salvage)Sığorta avtomobili ağır zədəli sayıb, təmirdən sonra qeydiyyatı mümkündür.
İşə düşür və hərəkət edirMeydançada mühərrik işə salınıb və avtomobil hərəkət edib.
BələdçiAmerikadan maşın gətirmək: addım-addımHərracdan Bakıya qədər bütün yol bir səhifədə: addımlar, xərc, müddət və gömrük.Oxu →

Mövzu ilə bağlı məqalələr

Hərraca qoşulmağa hazırsınız?

Kabinet 800 $ qeydiyyat haqqı ödənildikdən sonra açılır.

Qeydiyyat →